FİFA-nın vitse-prezidenti həbs olunub
18.07.2017 15:38 Sport reaksiya 1653
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, onunla birgə oğlu Qorka da saxlanılıb.
A. Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.
Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var.
Şərhlər