Karatenin WKF versiyası üzrə açıq Bakı turnirinə yekun vurulub

26.07.2017 12:39     Sport reaksiya     1647

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş karatenin WKF versiyası üzrə açıq Bakı turniri keçirilib.

BŞGİBİ-dən Reaksiya.az-a bildiriblər ki, yarışda paytaxt və Sumqayıtdan olan idmançılarla yanaşı Xaçmaz, Gəncə, Şəmkir, Şəki, Qusar, Biləsuvar, Lənkəran, Salyanı təmsil edən 300-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.
Qızlar arasında ən kiçik (6 yaş) yaşda mübarizə aparan idmançılar arasında mükafata layiq yerləri Mədinə Kazımova, Nəzrin Soltanlı, Nuray Vəlizadə, oğlanlar arasında isə Orxan Musayev, Nazim Hacıyev, Ayxan Aslanov tutublar.
İlk üç yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müxtəlif dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.
 
Ülviyyə Ədalətqızı

Şərhlər