“Qarabağ”-“Şerif” oyunu heç-heçə yekunlaşıb

26.07.2017 12:49     Sport reaksiya     1700

İyulun 25-də Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Reaksiya.az xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın "Şerif" komandası ilə qarşılaşıb.
Belaruslu baş hakim Sergey Tsinkeviçin idarə etdiyi oyunun birinci hissəsi komandamızın üstünlüyü şəraitində keçsə də, futbolçularımız rəqib qapısına yol tapa bilməyiblər.
İkinci hissəyə də Ağdam təmsilçisi daha fəal başlayıb. Ancaq birinci hissədə olduğu kimi, görüşün ssenarisi dəyişməyib. Futbolçularımız dəfələrlə rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsalar da, top çərçivədən keçməyib.
Beləliklə, “Qarabağ”-“Şerif” görüşündə qalib müəyyənləşməyib - 0:0. Komandalar arasında cavab oyunu bir həftə sonra Moldovada təşkil olunacaq.
Qeyd edək ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın "Samtredia" komandasını mübarizədən kənarlaşdırıb.
 
Ülviyyə Ədalətqızı

Şərhlər