"Qarabağ" Şotlandiyada "Seltik"ə uduzdu - FOTOLAR
30.07.2015 10:48 Sport reaksiya 2073
Reaksiya.az xəbər verir ki, Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubunun qonağı olub. Bakı vaxtı ilə saat 23:45-də başlayan matç Şotlandiya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb: 1-0.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Qlazqoda “Seltik”lə keçirilən oyundan sonra “Komandadan razıyam, futbolçularımızın oyunu məni qane etdi” sözlərini bildirib: “Biz güclü komanda ilə oynayacağımızı bilirdik və bu oyunun Qlazqoda keçməsinin çətinliklərindən də xəbərdar idik. Düşünürəm ki, Azərbaycan azarkeşlərinin dəstəyilə keçəcək cavab görüşündə çox maraqlı oyun görəcəyik. Bizim keltlilər kimi möhtəşəm tərəfdarlarımız var”.
"Seltik"in baş məşqçisi Ronni Deyla da oyundan sonra jurnalistlərə müsahibə verib: “Düşünürəm ki, yaxşı oyun alındı. Meydanda iki yaxşı komanda var idi".
Təcrübəli mütəxəssis komandasının bir qol vurmaq üçün çox çalışdığını bildirib: "Şadam ki, top buraxmadan bir qol vuraraq qalib gəldik. Qol vurmaq üçün çox çalışdıq. Buna nail olduğumuz üçün xoşbəxtəm".
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
"Seltik" - "Qarabağ" 1-0
Qol. D.Boyata,82
Qlazqo. "Seltik Park" stadionu
Qeyd edək ki, dünən "Qarabağ"ın oyunu ilə yanaşı daha 5 görüş keçirilib.
21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan) 0-0
22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) 2-0
23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya) 1-1
23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə) 1-3
00:05. "Rapid" (Avstriya) - "Ayaks" (Hollandiya) 2-2
Şərhlər