“Qarabağ” komandasının Çempionlar Liqasında keçirəcəyi oyunların tarixləri müəyyənləşib
05.08.2017 11:33 Sport reaksiya 1813
“Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu “Kopenhagen” klubu ilə keçirəcəyi oyunların tarixləri müəyyənləşib.
Reaksiya.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu komandalar arasında ilk görüş avqustun 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Cavab matçı isə avqustun 23-də Kopenhagen şəhərindəki “Telia Parken” stadionunda oynanılacaq.
Ülviyyə Ədalətqızı
Şərhlər