Avropa Liqası : "Qəbələ"dən uğurlu nəticə - “İnter” uduzdu
31.07.2015 09:10 Sport reaksiya 4204
Qəbələnin eyni adlı futbol klubu dünən gecə Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Reaksiya.az xəbər verir ki, təmsilçimiz Kiprin "Apollon" komandası ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 22:00-da başlayan oyun sonda 1-1 hesabı ilə tamamlanıb. "Qəbələ"nin cavab topunu Cavid Hüseynov 90-cı dəqiqədə penalti zərbəsi ilə vurub.
Bakının "İnter" klubu da dünən ilk oyununa çıxıb. Bakılılar Bilbaoda "Atletik" klubunun qonağı olub. Hesab 2-0 yerli komandanın xeyrinə nəticələnib. Hər iki qolu “İnter”in qapısından Eraso keçirib (12-ci dəqiqə,49-ci dəqiqə).
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Şərhlər