“Kəpəz”in fasilə üçün hazırlıq planı məlum olub

03.10.2017 15:38     Sport reaksiya     1434

Milli komandaların dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Premyer Liqada yaranan fasilə müddəti üçün “Kəpəz” futbol klubunun hazırlıq planı müəyyənləşib.

 Gəncə klubu oktyabrın 3-də Bakıda məşqləri bərpa edəcək. Komanda oktyabrın 7-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşacaq. Məşqlər hər gün saat 16:00-da başlayacaq.

“Kəpəz”in fasilə dövründə yoxlama oyunu keçirməsi də planlara daxildir. Belə ki, Gəncə təmsilçisi oktyabrın 8-də “Səbail” ilə qarşılaşacaq. Bu oyundan sonra bir gün istirahət edəcək komanda üzvləri oktyabrın 10-dan “Dalğa Arena”da “Zirə”yə qarşı çempionat matçının hazırlığına start verəcək.(azərtac)

Reaksiya.az

Şərhlər