"Qarabağ" mövqeyini qoruyub

31.07.2015 14:37     Sport reaksiya     1346

Avrokubokların III təsnifat mərhələsindən sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu.

 Hesabına 0,025 xal əlavə edən “ağ-qaralar” aktivini 11,475-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 132-ci pillədəki mövqeyini qoruyub.

Qitənin 456 komandasının yer aldığı siyahıda daha 6 təmsilçimiz qərarlaşıb. “Neftçi” 9,225 xalla qitənin 160-cısıdı. Bakılılar ötən həftə ilə müqayisədə iki pillə geriləyib.

 Xal hesabını 4,975-ə çatdıran “İnter” 254-cü yerdə qalıb. 2 pillə geriləyən “Xəzər Lənkəran” (3,975) 290-cı pilləyə düşüb.

 Bir pillə geriləyən “Qəbələ” (3,725) 303-cü yerdədi. Hərəyə 2 pillə irəliləyən “Bakı” və AZAL (hər ikisi 2,725) 351-ci yerə şərikdi.

Siyahıya 142,842 xalı olan İspaniya “Real”ı başçılıq edir. Təmsilçilərimizin rəqiblərindən İspaniya “Atletik”i 54,842 xalla 27-ci, Şotlandiya “Seltik”i 38,710 xalla 45-ci, Kipr “Apollon”u 10,285 xalla 144-cüdü.

Şərhlər