“Barselona”nın baş məşqçisi Arda Turanın satılmasını istəyir

21.10.2017 13:46     Sport reaksiya     1494

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde 3 futbolçunun satılmasını istəyir.

Onların arasında futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan da var.

Katalonyalıların baş məşqçisi A.Turanla yanaşı, yarımmüdafiəçi Rafa Alkantara və hücumçu Pako Alkaserin də xidmətində maraqlı deyil. E.Valverde hesab edir ki, bu futbolçular “Barselona”nın səviyyəsinə uyğun deyillər.

Qeyd edək ki, E.Valverde bu ilin yayında “Barselona”ın baş məşqçisi postunda Luis Enrikeni əvəzləyib.

Reaksiya.az

Şərhlər