Pekin 2022-ci il Qış Olimpiya oyunlarının paytaxtı seçildi - FOTOLAR

31.07.2015 17:45     Sport reaksiya     1491

 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekini 2022-ci il Qış Olimpiya və Paralimpiya oyunlarının paytaxtı seçib.

Reaksiya.az xəbər verir ki, Pekin həm yay və həm də qış Olimpiadasını qəbul edəcək ilk şəhər olacaq.

Bu qərar BOK-un iyulun 31-dən avqustun 3-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən 128-ci sessiyası zamanı qəbul edilib.

Pekin 2022-ci ilin Qiş Olimpiya Oyunlarını qəbul etmək hüququ uğrunda yeganə rəqibi Qazaxıstanın Almatı şəhərini geridə qoyub.

Qeyd edək ki, Pekin 2008-ci il Yay Olimpiya Oyunlarının paytaxtı olub.

Şərhlər

Çox oxunanlar