QHT sədri xalqa müraciət edib

04.06.2015 15:18     Sport reaksiya     1118

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Birinci Avropa Oyunları ilə bağlı ölkə vətəndaşlarına müraciət edib. Müraciətdə deyilir: “Əziz həmvətənlərim, bir neçə gündən sonra ölkəmizdə Birinci Avropa Oyunlarına start veriləcək. Beləliklə, Azərbaycan daha bir mühüm tədbirin ev sahibi olacaq. Bu tədbirin baş tutması üçün hər birimiz müəyyən işlər gördük və nəticədə Avropa Oyunlarının ölkəmiz adına uğurlu keçəcəyinə inanırıq. Lakin diqqətinizi bəzi məsələlərə yönəltmək istərdim. Azərbaycanın uğurlarını həzm edə bilməyən və bizə dost münasibəti bəsləməyən qüvvələr var. Onların pozuculuq fəaliyyətini nəzərə alaraq, hər birimiz bu günlərdə öz vətəndaşlıq mövqeyimizdən çıxış edərək, Azərbaycanın uğurları adına fəaliyyətimizi gücləndirməliyik. Ətrafımızda baş verənlərə qarşı diqqətli olmalıyıq. Xüsusilə cəbhə bölgəsində, rayon və kəndlərdə yaşayan vətəndaşlarımız belə məsələlərə diqqətlərini artırmalıdırlar. Hansısa şübhəli məqamlar barədə dərhal hüquq mühafizə və adiyyatı orqanlara müraciət edilməlidir. İri şəhərlərdə yaşayan vətəndaşlarımız da ictimai nəqaliyyatda, ictimaiyyətin sıx olduğu yerlərdə və sair kimi məkanlarda olan şübhəli məqamlara qarşı aidiyyatı üzrə hərəkət etməlidirlər. Unutmayaq ki, sayıqlığımız həm də təhlükəsizliyimizin təminatıdır”.

Şərhlər