Bu gün Azərbaycan-Ermənistan oyunu keçiriləcək

03.11.2017 14:48     Sport reaksiya     1752

Bu gün Kritdə şahmat üzrə Avropa çempionatının altıncı turu çərçivəsində kişilərdən ibarət Azərbaycan yığma komandası Ermənistan millisi ilə qarşılaşacaq.

Virtualaz.org “azerisport”a istinadən xəbər verir ki, dörd oyundan ibarət matçda aşağıdakı cütlüklər yarışacaq:

Şəhriyar Məmmədyarov – Levon Aronyan

Teymur Rəcəbov – Sergey Movsesyan

Arkadi Naydiç – Qabriel Sarkisyan

Raud Məmmədov – Qrant Melkumyan

Keçirilmiş oyunlardan sonra turnir cədvəli:

1. Xorvatiya – 9 xal, 2. Macarıstan və Rusiya – 8 xal... 7. Azərbaycan – 7 xal.

Reaksiya.az

Şərhlər