“Roma” - “Qarabağ” matçını alman hakimlər idarə edəcək
04.12.2017 12:15 Sport reaksiya 1475
Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb. Reaksiya.az UEFA-nın saytına istinadla bildirir ki, qitənin ali futbol qurumu bu matçı Almaniyadan olan ədalət təmsilçilərinə tapşırıb. Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək. Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq.
Şərhlər