Beynəlxalq Olimpiya Komitəsi KXDR-in Qış Olimpiya Oyunlarında iştirak etmək niyyətini alqışlayır
04.01.2018 15:25 Sport reaksiya 1866
Beynəlxalq Olimpiya Komitəsi (BOK) KXDR-in 2018-ci ildə Cənubi Koreyada keçiriləcək qış Olimpiya Oyunlarında mümkün iştirakını alqışlayır. Reaksiya.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, MOK-un nümayəndəsi təmsil etdiyi qurumun KXDR və Cənubi Koreya hökumətlərinin bununla bağlı danışıqlara başlamaq niyyətindən məmnunluğunu bildirib. Onun sözlərinə görə, MOK Şimali Koreya Milli Olimpiya Komitəsinə dəvətnaməni qüvvədə saxlayır və öz növbəsində son qərarı qəbul edəcək. Bir müddət əvvəl Cənubi Koreya Prezidenti Mun Çe-in öz hökumətinə şimal qonşuları ilə onların Olimpiadada mümkün iştirakı barədə danışıqlara hazırlaşmaq tapşırığı verib. Bu addım KXDR lideri Kim Çen Inın yeni il müraciətində ölkəsinin qış Olimpiya Oyunlarında iştiraka hazır olması barədə bəyanatına cavab olaraq atılıb. Olimpiadada iştirak barədə ərizə verilməsinin müddəti başa çatsa da, yanvarın ortalarınadək KXDR-in texniki cəhətdən yarışlara öz idmançılarını göndərmək imkanı hələ qalır. Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
Şərhlər