Azərbaycan hakimi Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb

07.01.2018 16:24     Sport reaksiya     1891

Azərbaycan hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. Reaksiya.az xəbər verir ki, həmyerlimiz “Çağırış kuboku” yarışlarının onaltıdabir final mərhələsində iş başında olacaq. F.Ağayev Krasnodarda qadın voleybolçular arasında keçiriləcək “Dinamo” (Rusiya) – “Qraz” (Avstriya) matçında baş hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 12-də keçiriləcək görüşdə baş hakimə almaniyalı Matias Evald köməklik edəcək. Komandalar arasında keçirilən ilk oyunda “Dinamo” 3:2 hesabı ilə qələbə qazanıb.

Reaksiya.az

Şərhlər