Rusiya yığması dünya çempionatına yeni baş məşqçi ilə qatılacaq

18.01.2018 17:19     Sport reaksiya     1378

Qadın voleybolçulardan ibarət Rusiya millisinin baş məşqçisinin adına aydınlıq gəlib. Reaksiya.az saytının məlumatına görə, Yaponiyada keçiriləcək dünya çempionatında Azərbaycan yığmasının rəqibinin “sükanı arxasına” Vadim Pankov keçib.

 

“Zariçye-Odintsovo”nu çalışdıran mütəxəssis səsvermədə Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Gilyazutdinovu qabaqlayıb. 53 yaşlı Pankov növbəti 2 ildə Rusiyana başçılıq edəcək.

 

Qeyd edək ki, yığmamız bu il keçiriləcək mundialda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Azərbaycan, Trinidad və Tobaqo ilə C qrupunda yer alıb. Şimal qonşularımızla oyun isə oktyabrın 2-də Kobedə olacaq. 

 

Reaksiya.az

Şərhlər