DANİB sədri Elməddin Behbud: Erməni lobbisinin pərdə arxasından idarə etdiyi bu dairələr...
04.06.2015 17:58 Sport reaksiya 1176
Bunu DANİB sədri Elməddin Behbud reaksiya.az açıqlamasında bildirib. O, bildirib ki, Avropa ailəsinə yenicə daxil olan bir ölkənin bütövlükdə qitənin beynəlxalq idman standartlarını müəyyən edən dövlət kimi təsdiqlənməsi əlbəttə ki, fərəh doğurucu haldır: “Azərbaycan ictimaiyyətinin və ədalətli beynəlxalq ekspertlərin mütləq əksəriyyəti bunu ölkəmizin beynəlxalq nüfuzunun və dünya olimpiya hərakatında fəal iştirakının göstəricisi sayırlar. Təəssüflər olsun ki, hər zamankı kimi Azərbaycanın inkişafını həzm edə bilməyən, mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq beynəlxalq aləmdə kifayət qədər fəal oyunçu olan ölkəmizin artan nüfuzu ilə barışmaq istəməyən əleyhdarlarımız I Avropa oyunlarının əhəmiyyətinə kölgə salmaq üçün hər cür böhtanı özləri üçün məqbul sayırlar. Ancaq ölkəmizə qarşı digər təzyiq kampaniyaları kimi Antiazərbaycan dairələrin I Avropa oyunları ilə bağlı yalnış siyasəti heç bir səmərə vermir, onlar istədiklərinə çata bilmirlər. Erməni lobbisinin pərdə arxasında idarə etdiyi bu cür dairələr Azərbaycanın bir-birindən böyük miqyaslı layihələrin icrasının qarşısını almaqda acizdirlər. Bütün bu nailiyyətlər əlbəttə ki, cənab prezident İlham Əliyevin qətiyyətinin, möhkəm siyasi iradəsinin nəticəsidir. İyunun 10-da bildiyimiz kimi Avropa Parlamenti “İdman və insan hüquqları” mövzusunda dinləmələr keçirəcək. Ölkəmizi az qala gündəlik təftişlə məşğul olan Avropa institutlarından təəssüflər olsun ki, əksər hallarda yalnız qərəzli yanaşma görürük. Azərbaycanın ən yüksək səviyyədə ev sahibliyi edəcəyi I Avropa Oyunlarının başlanmasına iki gün qalmış belə bir toplantının keçirilməsi ölkəmizin uğurlarını beynəlxalq miqyasda qara rəngdə təqdim etmək cəhdidir. Bu kampaniyanı idarə edənlər nəhayət anlamalıdırlar ki, Avropa Parlamenti I Avropa Oyunlarıyla, ölkəmizlə bağlı qərəzli qərar qəbul edəcəksə belə bu dövlətimizi müstəqil siyasi kursumuzdan döndərə bilməz. Azərbaycanın özünəməxsus inkişaf modeli var və milli maraqlarımızdan irəli gələn siyasi kursunu bundan sonra da cənab prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirəcək. Bütün bu təxribat hərəkətlərinin, ölkəmizin beynəlxalq aləmdə mənfi imicinin formalaşması üçün göstərilən cəhdlərinə ən adekvat dəyəri mütəşəkilliyi, vahid mövqe sərgiləməyi ilə Azərbaycan cəmiyyəti verdi”.
E.Behbud eyni zamanda bildirib ki,vətəndaş cəmiyyəti institutlarımızın- KİV və QHT-lərin göstərdiyi milii mövqe də bir daha əlehdarlarımız üçün ciddi məyusedici amillərdən olub: "Qarşıdakı dövrdə əsas hədəfimiz ölkəmizə gələcək əcnəbi idmançı, məşqçi, jurnalist və azərkeşlərin Azərbaycan haqqında yüksək təəssüratlarla geri dönməsi üçün üzərimizə düşən vətəndaşlıq borcunu sonadək uğurla yerinə yetirmək və bütün mümkün təxribat hallarına qarşı hazırlıqlı olmaqdır".
Şərhlər