Taekvondo üzrə yığmamız klublararası Avropa çempionatının ikinci günündə 10 medal qazanıb
08.02.2018 18:06 Sport reaksiya 1293
İstanbulda keçirilən klublararası Avropa çempionatının ikinci günündə Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandasının üzvləri uğurlu çıxış edərək 10 medal qazanıb. Reaksiya.az xəbər verir ki, Türkiyə Taekvondo Federasiyası və Avropa Taekvondo İttifaqı tərəfindən təşkil edilən qitə çempionatında yığma komandanın idmançılarından oğlanlar arasında Cavad Ağayev (63 kq) və Taleh Süleymanov (73 kq), qızlardan Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) qızıl medal qazanıblar. Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq) və Ofeliya Allahverdiyeva (42 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olublar. Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüblər.
Şərhlər