Karateçilərimiz İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

08.02.2018 18:10     Sport reaksiya     1344

Böyüklərdən ibarət karate üzrə milli komandamızın ikinci heyətinin 6 üzvü fevralın 8-12-də İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək. Reaksiya.az xəbər verir ki, milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (60 kq), Rafiz Həsənov (67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi 75 kq), Pənah Abdullayev (84 kq) və Fidan Teymurova (50 kq) yer alıblar. İspaniyada təşkil olunacaq A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Premyer Liqa turnirinə hazırlığı davam etdirir.

Reaksiya.az

Şərhlər