Kəpəz” klubu heyətinə daha iki əcnəbi futbolçu qatıb
10.02.2018 14:39 Sport reaksiya 1471
Kəpəz” klubu qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb. Reaksiya kluba istinadla xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonunadək Gəncə klubunda çıxış edəcək. İ.Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.
Şərhlər