Pxençanda XXIII Qış Olimpiya Oyunlarının Məşəli yandırıldı

10.02.2018 14:49     Sport reaksiya     1276

Cənubi Koreyanın Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi başa çatıb. Olimpiadanın açılışı 35 min yerlik Pxençan şəhər stadionunda keçirilib. Reaksiya xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi Tomas Bax bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq idmançılara qələbə əzmi arzulayıb. Sonra Cənubi Koreya Prezidenti Mun Ce-in XXII Qış Olimpiya Oyunlarını açıq elan edib. Olimpiya bayrağı stadiona gətirilib, Olimpiya himni səsləndirilib, idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib. Mərasimin gedişində stadionda Olimpiya Məşəli stadiona gətirilib və burada alovlandırılıb. Olimpiya Oyunları Pxençan ilə yanaşı, Qanqneunq və Ceonqsen şəhərində, ümumilikdə 12 idman obyektində keçiriləcək. Pxençan-2018 Olimpiadasında Azərbaycan da təmsil olunur. Ölkəmiz Qış Olimpiya Oyunlarında 1998-ci ildən iştirak edir. Olimpiya Oyunlarının proqramına 15 idman növü daxildir və idmançılar 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Şərhlər