Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb

10.02.2018 21:18     Sport reaksiya     1436

Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə yekun vurulub. Reaksiya xəbər verir ki, XV tura “Zirə”-“Sumqayıt” oyunu ilə start verilib. Zirə İdman Olimpiya Kompleksində keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 35-ci dəqiqəsində Tural Axundov hesabı açıb. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Vüsal İsgəndərli hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Günün növbəti görüşü “Qarabağ” və “Qəbələ” komandaları arasında “Azərsun Arena”da keçiriləcək. Tura fevralın 11-də oynanılacaq “Keşlə”-“Səbail” və “Neftçi”-“Kəpəz” qarşılaşmaları ilə yekun vurulacaq. Turnir cədvəlinə 37 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 31 xalla ikinci, “Zirə” 30 xalla üçüncü, “Sumqayıt” 20 xalla dördüncü, “Neftçi” 16 xalla beşinci pillədə qərarlaşıb.

Şərhlər