“Qarabağ” komandası “Səbail” üzərində minimal hesablı qələbə qazanıb
19.02.2018 14:48 Sport reaksiya 1159
Fevralın 18-də “Səbail”-“Qarabağ” matçı ilə futbol üzrə Topaz Premyer Liqasının XVI turuna yekun vurulub.
Reaksiya.az xəbər verir ki, baş hakim Elvin Əsgərov idarə etdiyi matçda “Qarabağ” klubu minimal hesablı qələbə qazanıb.
Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabı açıblar. Oyunun 51-ci dəqiqəsində Mahir Mədətov topu rəqib qapısından keçirib. Görüşdə başqa qol qeydə alınmayıb və matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Turun əvvəlki görüşlərində “Qəbələ” doğma meydanda “Zirə”ni (2:1), “Sumqayıt” ev oyununda “Neftçi”ni (2:0), “Keşlə” isə səfərdə “Kəpəz”i (1:0) məğlubiyyətə uğradıb.
On altı turdan sonra çempionata 41 xalla “Qarabağ” komandası liderlik edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 31 xalla üçüncüdür. Dördüncü pillədəki “Sumqayıt”ın 24, beşinci yerdəki “Neftçi”nin 19 xalı var. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (12 xal) və “Kəpəz” (7 xal) klubları qərarlaşıblar.
reaksiya.az
Şərhlər