"Qarabağ" bu gün “Seltik”lə görüşəcək

05.08.2015 11:09     Sport reaksiya     1649

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Reaksiya.az xəbər verir ki,  ÇL-dakı təmsilçimiz "Qarabağ" da meydana bu gün çıxacaq.

Ağdam təmsilçisi səfərdə 0:1 hesabı ilə uduzduğu "Seltik"i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Ağdam klubu qitənin ən nüfuzlu turnirində mübarizəni davam elətdirmək üçün ən azı 1:0 hesablı qələbə qazanmalıdı.

Görüş 21:30-da start götürəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu

5 avqust

21:30. “Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya)

İlk oyun: 0:1

Hakimlər: Martin Stromberqsson, Daniel Qustavsson, Stefan Hallberq

Dördüncü hakim: Yohan Hamlin

UEFA nümayəndəsi: Peter Lundstrom (Finlandiya)

Hakim-inspektor: Alan Hamer (Lüksemburq)

 

 

Şərhlər

Çox oxunanlar