UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib
23.02.2018 17:42 Sport reaksiya 1287
Fevralın 22-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin növbəti görüşləri keçirilib. Reaksiya.az xəbər verir ki, mərhələnin cavab oyunları çərçivəsində 15 görüş oynanılıb. Günün maraqlı qarşılaşmalarından biri Londonda keçirilib. İsveçin “Ostersund” klubu səfərdə “Arsenal”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Məğlubiyyətə baxmayaraq, Arsen Vengerin komandası səkkizdəbir finala yüksəlib. Bolqarıstanın “Ludoqorets” komandası isə İtaliyada “Milan” ilə üz-üzə gəlib. Öz meydanında rəqibinə 0:3 hesabı ilə məğlub olan bolqarlar səfərdə də rəqibləri ilə bacarmayıblar – 0:1. Bununla da “Milan” klubu növbəti mərhələyə vəsiqə qazanıb. İtaliyanın “Atalanta” komandası isə doğma meydanda “Borussiya” ilə bacarmayıb – 1:1. “Vilyarreal” (İspaniya) klubu isə Fransanın “Lion” komandasına məğlub olub – 0:1. Gün ərzində keçirilən digər qarşılaşmalar isə aşağıdakı kimi yekunlaşıb: “Sportinq” (Portuqaliya) – “Astana” (Qazaxıstan) – 3:3, ilk oyunun nəticəsi – 3:1 “Braqa” (Portuqaliya) – “Marsel” (Fransa) –1:0, 0:3 “Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) –1:0, 3:2 “Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) –2:1, 2:2 “Atletik” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) –1:2, 3:1 “Dinamo” (Ukrayna) – AEK (Yunanıstan) – 0:0, 1:1 “Zenit” (Rusiya) – “Seltik” (Şotlandiya) – 3:0, 0:1 “Atletiko” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 1:0, 4:1 “Latsio” (İtaliya) – “Styaua” (Rumıniya) – 5:1, 0:1 “Leypziq” (Almaniya) – “Napoli” (İtaliya) –0:2, 3:1 “Viktoriya” (Çexiya) – “Partizan" (Serbiya) – 2:0, 1:1 Beləliklə, “Arsenal”, “Milan”, “Marsel”, “Borussiya”, “Lion”, MOİK, “Lokomotiv”, “Zaltsburq”, “Atletik”, “Atletiko”, “Dinamo”, “Zenit”, “Latsio”, “Sportinq”, “Leypziq” və “Viktoriya” klubları səkkizdəbir finala yüksəlib.
Şərhlər