"Qarabağ" son dəqiqələrdə sevindi
26.02.2018 16:08 Sport reaksiya 1212
Fevralın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Qarabağ" klubu doğma meydanda “Kəpəz"i qəbul edib. Reaksiya.az xəbər verir ki, Azərsun Arenada keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Meydan sahibləri matçın ikinci hissəsində hesabı açıblar. Görüşün 85-ci dəqiqəsində Riçard Almeyda fərqlənib. Qeyd edək ki, turnir cədvəlinə 44 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 27 xalla dördüncü, “Neftçi” 20 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (17 xal), “Keşlə” (12 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb
Şərhlər