“Kəpəz”in kapitanı Şəhriyar Rəhimov Azərbaycan çempionatlarında 200-cü matçına çıxıb

26.02.2018 16:10     Sport reaksiya     1384

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub. Reaksiya.az Azərbaycan Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması 30 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub. 2007-2008-ci il mövsümündə Premyer Liqada debüt edən Ş.Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb. Qeyd edək ki, Ş.Rəhimov Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudur.

Şərhlər