UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün təqvimi açıqlanıb

27.02.2018 19:49     Sport reaksiya     1856

UEFA 2019-cu ildə final matçının Bakıda keçiriləcəyi futbol üzrə Avropa Liqasının təqvimini açıqlayıb. Reaksiya.az UEFA-nın saytına istinadla xəbər verir ki, turnirin ilk mərhələsinin birinci görüşləri cari il iyunun 28-də, cavab matçları isə bir həftə sonra oynanılacaq. İlk təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da, ikinci təsnifat mərhələsinin görüşləri iyulun 26-da və avqustun 2-də, növbəti mərhələnin qarşılaşmaları isə avqustunda 9-da və 16-da keçiriləcək. Pley-off mərhələsi isə avqustun 23-nə və 30-na təsadüf edəcək. UEFA Avropa Liqasının qrup mərhələsində birinci turun görüşləri sentyabrın 20-də, ikinci turun oyunları oktyabrın 4-də, üçüncü turun matçları isə oktyabrın 25-də oynanılacaq. Klublar noyabrın 8-də dördüncü, noyabrın 29-da beşinci, dekabrın 13-də isə altıncı tur çərçivəsində qarşılaşacaqlar. Turnirin onaltıdabir final mərhələsinin oyunları 2019-cu il fevralın 14-də və 21-də keçiriləcək. Səkkizdəbir final mərhələsinin oyunları martın 7-də və 14-də təşkil olunacaq. Dörddəbir finalın matçları aprelin 11-də və 18-də, yarımfinal görüşləri isə mayın 2-də və 9-da oynanılacaq. UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şərhlər