Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışlarında uğurla çıxış ediblər

05.03.2018 14:11     Sport reaksiya     1391

Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları başa çatıb. Beynəlxalq turnirin sonuncu günündə - martın 4-də millimiz hesabına daha üç medal yazdırıb.

Reaksiya.az xəbər verir ki, oğlanların mübarizəsində İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər.

Yarışın ilk günü millimizin üzvləri Vüsalə Kərimova (44 kq) qızıl, Səbinə Əliyeva (48 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.

Şərhlər