“Real” və “Liverpul” UEFA Çempionlar Liqasının ilk dörddəbir finalçılarıdır
07.03.2018 15:51 Sport reaksiya 1055
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib. Reaksiya.az xəbər verir ki, günün əsas oyunu Parisdə keçirilib. “PSG” “Real”ı qəbul edib. Matçın 52-ci dəqiqəsində Dani Alvesin kobud səhvindən sonra Kriştiano Ronaldu hesabı açıb. Oyunun 65-ci dəqiqəsində hakimə etirazına görə Marko Veratti ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Meydan sahibləri oyunun 71-ci dəqiqəsində Edison Cavaninin vurduğu qol ilə hesabı bərabərləşdiriblər. Qonaq "kral" klubu 80-ci dəqiqədə hesabda yenə önə keçib. Kazemiro fransızları meydanın mərkəzinə dəvət edib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib. Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Real" növbəti mərhələyə yüksəlib. Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:0 hesabı ilə darmadağın edən “Liverpul” öz meydanında “Portu”nu məğlub edə bilməyib. “Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.
Şərhlər