Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək

07.03.2018 15:54     Sport reaksiya     1077

Martın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək. Reaksiya.az xəbər verir ki, Londonda “Tottenhem” komandası doğma meydanda İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Bu komandalar arasında Turində oynanılan ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Digər oyunda isə İsveçrənin “Bazel” klubu səfərdə İngiltərənin “Mançester Siti” komandasının qonağı olacaq. İngiltərədə keçirilən görüşdə “şəhərlilər” 4:0 hesabı ilə qələbə qazanıblar. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Şərhlər