Elxan Məmmədov: AFFA danışılmış oyunlara qarşı ciddi tədbirlər görür
07.03.2018 15:56 Sport reaksiya 1263
AFFA-nın İcraiyyə Komitəsində yeddi məsələ müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən, Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Çimərlik mövsümünün açılmasına az vaxt qalıb. Buna görə də bu təyinatın məqsədəuyğun olduğunu hesab edirəm. Reaksiya.az xəbər verir ki, bu sözləri martın 7-də təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib bildirib ki, müzakirələr zamanı Azərbaycan Futzal Federasiyasının hesabat məruzəsi dinlənilib. Yığmanın qarşıdakı yarışlara hazırlıq prosesi və gələcək perspektivləri müzakirə olunub. Həmçinin iclas zamanı 7 mütəxəssisə təqaüdün verilməsi barədə qərar qəbul edilib. “Danışılmış oyunlarla bağlı da müzakirələr apardıq. Təəssüflər olsun ki, UEFA tərəfindən bizə yeni sənədlər daxil olub. Gizli saxlandığı üçün bunu mətbuata açıqlamırıq. Amma bununla bağlı ciddi işlər görülür”, - deyə baş katib əlavə edib. Azarkeşlərin sayında azalmanın müşahidə edildiyini vurğulayan E.Məmmədov diqqətə çatdırıb ki, bu, Premyer Liqadakı klubların sayının azlığı ilə bağlıdır. Sumqayıtdakı stadiona baxış zamanı arenanın azarkeşlər üçün kiçik olduğunu müəyyən etdik. Stadionunda oturacaqların sayını 1000-2000 ədəd artırmaq mümkündür ki, bu da azarkeşlərin sayının artmasına səbəb ola bilər. Əsasən azarkeşlərin sayı klubun çıxışından asılıdır. Əgər qələbə olarsa, azarkeşlərin sayı da artar. Sonda E.Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Şərhlər