"Qarabağ" "Zirə"ni əliboş yola saldı
11.03.2018 11:29 Sport reaksiya 1353
Martın 10-da Topaz Premyer Liqasının XIX turunun sonuncu oyununda Ağdamın “Qarabağ” komandası “Zirə” klubunu qəbul edib. Reaksiya.az xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Baş hakim Elvin Əsgərovun idarə etdiyi oyunda hesabı 22-ci dəqiqədə Dani Kintana açıb. Bundan 13 dəqiqə sonra Elvin Yunuszadə hesab arasındakı fərqi iki topa çatdırıb. Görüşdə başqa qol qeydə alınmayıb və “Qarabağ” bu qələbə sayəsində xallarının sayını 48-ə çatdıraraq liderliyini möhkəmləndirib. Hazırda turnir cədvəlinə “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 38 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 31 xalla dördüncüdür. Sonrakı yerlərdə “Neftçi” (26 xal), “Səbail” (17 xal), “Keşlə” (15 xal) və “Kəpəz” (10 xal) qərarlaşıblar.
Şərhlər