UEFA Çempionlar Liqası: "Roma" və "Sevilya" dörddəbir final mərhələsinə vəsiqə qazanıb

14.03.2018 13:40     Sport reaksiya     1376

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçirilib.

Reaksiya.az xəbər verir ki, iki cavab qarşılaşmasında “Roma” və “Sevilya” komandaları dörddəbir finala vəsiqə qazanıblar. İlk oyunda “Şaxtyor”a səfərdə 2:1 hesabı ilə məğlub olan “Roma” doğma meydanda minimal hesabla qələbə qazanıb - 1:0. Ümumi hesab 2:2 olsa da, səfərdə vurulan 1 qolun nəticəsinə əsasən italyanlar növbəti mərhələyə keçiblər.

“Mançester Yunayted” isə “Sevilya” səddini keçə bilməyib - 1:2 (0:0). “Qırmızı şeytanlar” doğma meydanda gözlənilmədən məğlubiyyətə uğrayıblar - 1:2.

Xatırladaq ki, “Beşiktaş” - “Bavariya”, “Barselona” – “Çelsi” oyunlarından sonra səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Şərhlər