Voleybol üzrə Novruz turnirinin püşkü atılıb
14.03.2018 14:05 Sport reaksiya 1146
Qadın voleybolçular arasında keçiriləcək Novruz turnirinin püşkü atılıb.
Reaksiya.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Lokomotiv” komandası “Abşeron”la, AVF klubu isə “Azərreyl” ilə qarşılaşacaq.
Turnirə martın 16-da start veriləcək. Bir gün sonra saat 14:00-da final oyunu keçiriləcək.
Qeyd edək ki, görüşlər Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Şərhlər