Bakı şəhəri üzrə voleybolla məşğul olan qız komandalarında çıxış edən uşaqların valideynləri ilə görüş keçirilmişdir.
15.03.2018 16:30 Sport reaksiya 1080
Azərbaycan Voleybol Federasiyası 14 mart 2018-ci il tarixində Bakı şəhəri üzrə voleybolla məşğul olan qız komandalarında çıxış edən uşaqların valideynləri ilə görüş keçirilmişdir. Reaksiya.az xəbər verir ki, Voleybol Mərkəzinin İdman zalında keçirilən görüşdə 200-ə yaxın valideyin iştirak etmişdir. Azərbaycan Voleybol Federasiyasının I vitse prezidenti Faiq Qarayev , Vitse prezident Vəsilə Abulova və Avf nümayəndələri görüşdə iştirak etmişdir. Ilk olaraq Faiq Qarayev valideynləri salamladı. AVF –nin gənc oyunçularla bağlı planlarından danışdı. Qeyd etdi ki, klublarımızın çox olması bizim üçün yaxşıdır. Amma bizi məni esas Milli komanda düşündürü. Hər bir valideyinin övladının böyük şansları var ki, voleybol üzrə milli komandanın tərkibinə düşsün. Ona görədə hər bir oyunçu var gücü ilə çalışmalıdır. Artıq belə gürüşlərimiz tez-tez olacaq. Daha sonra söz valideynlərə verildi. Valideynlər öz razılıqlarını bildirdilər. Görüş zamanı voleybolçu qızlara hər zaman dəstək olan 269 nömrəli məktəbin Direktoru Alla Vəzirovaya təşəkkür edildi. 2017-ci ilin sentyabr ayında Leninqradskiy oblast Sanktpeterburq da «MDB» məktəbliləri arasında keçirilən festivalda I yerin sahibi olmuş 269 nömrəli məktəbin şagirdlərinə mükafatlar təqdim olundu. Qeyd edək ki, festivalda 8 komanda iştirak etmişdir (2 Maldova, 2 Leninqrad vilayəti Sanktpeterburq, 1 Qazaxıstan, 1 Azərbaycan, 1 Moskva vilayəti, 1 Özbəkistan). Qeyd edək ki, festivalda iştirak edən komandanın baş məşqçisi Tatyana Semyonovna olmuşdur. Görüşün sonunda valideyinlər, uşaqlar və AVF nümayəndələri söhbətlərini çay süfrəsi ərafında davam etdirdilər. AVF rəhbərliyinin övbəti görüşü kişi komandalarında oynayan oğlanların valideynləri ilə olacaq.
Şərhlər