"Dünya Kuboku"nda ilk medalımızı qazandıq
17.03.2018 13:51 Sport reaksiya 1522
Bakıda keçirilən "İdman Gimnastikası üzrə Dünya Kuboku"nun final mərhələsində qadınlarda "dayaqlı tullanma" gimnastika növü üzrə Azərbaycanı təmsil edən Marina Nekrasova 14.216 xal toplayaraq gümüş medalın sahibi oldu. Bu növ üzrə digər təmsilçimiz olan Yuliya İnşina isə 13.466 xal toplayaraq dördüncü yerdə qərarlaşdı. Qızıl medalı isə olimpiya çempionu olmuş, Özbəkistanlı gimnast Oksana Chusovitina qazandı. Bürünc medal Sloveniyalı Tjasa Kysselef-ə qismət oldu. Kişilərdə "paralel qollar"da medallar öz sahiblərinə çatdı. Belə ki, 14.966 xal toplayan Yapon idmançı Maeno Fuya rəqiblərindən güclü nəticə göstərərək birinci yerin sahibi oldu. 14.666 xal toplayan Belaruslu Andrey Likhovitskiy ikinci, 14.366 xal toplayan Türkiyə təmsilçisi Ferhat Arıcan isə üçüncü oldu.
Şərhlər