Millimizdən gözlənilməz məğlubiyyət

24.03.2018 12:30     Sport reaksiya     1355

Martın 23-də futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Reaksiya.az xəbər verir ki, ilk hissəyə daha fəal başlayan Belarus millisi komandamızın qapısı qarşısında təhlükəli vəziyyət yaradıb. Oyunun gedişində hər iki komanda bərabər səviyyədə mübarizə aparsa da, 42-ci dəqiqədə millimizin futbolçusu Maksim Medvedev avtoqolla yadda qalıb. Matçın ilk hissəsi Belarus yığmasının minimal üstünlüyü ilə başa çatıb – 1:0. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ikinci hissəsində qapılara top vurulmayıb. Beləliklə, görüş Belarus millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, millimiz Qurban Qurbanovun rəhbərliyi ilə ikinci oyununa çıxıb. Debüt matçda Moldova yığması ilə Antalyada qarşılaşan millimiz meydandan qolsuz heç-heçə ilə ayrılıb. Azərbaycan millisi növbəti yoldaşlıq oyununu martın 27-də Antalyada Makedoniya yığmasına qarşı keçirəcək.

Şərhlər

Çox oxunanlar