Avropa Liqası: “Qəbələ” və “İnter” cavab oyunlarına çıxacaqlar

06.08.2015 07:42     Sport reaksiya     1849

 

Reaksiya.az-ın məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən “Qəbələ” və “İnter” klubları  “pley-off” mərhələsinə adlamaq üçün mübarizə aparacaq.

 

Qəbələ "Bakcell Arena"-da  Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.  Beləliklə, qələbə və qolsuz heç-heçə “Qəbələ”ni  qane edə bilər.

 

“İnter” isə doğma meydanında İspaniyanın “Atletik” klubunu qəbul edəcək. Bilbao şəhərində keçirilən ilk matç “Atletik”-in qələbəsi ilə nəticələnmişdi (2:0)

 

Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

 

Şərhlər

Çox oxunanlar