Almaniya millisi Braziliya, İspaniya yığması isə Argentina ilə yoldaşlıq oyununda qarşılaşacaq

27.03.2018 14:26     Sport reaksiya     1454

Bu gün futbol üzrə yığma komandalar arasında növbəti yoldaşlıq oyunları keçiriləcək. Reaksiya.az xəbər verir ki, Azərbaycan milli komandası Makedoniya ilə üz-üzə gələcəyi halda, qardaş ölkə Türkiyə yığması Monteneqro ilə münasibətləri aydınlaşdıracaq. Dünya çempionatına ev sahibliyi edəcək Rusiya turnirin favoritlərindən sayılan Fransa ilə qarşılaşacaq. Günün ən maraqlı qarşılaşması isə İspaniya ilə Argentina, Almaniya və Braziliya yığmaları arasında olacaq. İngiltərə isə İtaliya millisi ilə yoldaşlıq oyuna çıxacaq.

Şərhlər