Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub

08.04.2018 22:10     Sport reaksiya     1154

Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulub. Reaksiya.az xəbər verir ki, turun son oyununda “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəlib. Oyunun 41-ci dəqiqəsində Rəşad Eyyubov qonaqları hesabda irəli çıxarıb - 0:1. Cəmi dörd dəqiqədə sonra paytaxt təmsilçisinin futbolçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib - 1:1. Birinci hissə elə bu hesabla başa çatıb. Fasilədən sonra irəli atılan Tərlan Əhmədovun yetirmələri 63-cü dəqiqədə hesabda önə keçiblər. Namiq Ələsgərov adını tabloya yazdırıb - 2:1. Buna baxmayaraq, “Neftçi” qələbə hesabını qoruyub saxlaya bilməyib. Final fitinə on dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. Cavid İmamverdiyev oyunda son nöqtəni qoyub – 2:2.

Şərhlər