“Ferrari”nin pilotu Sebastyan Fettel Formula 1 Bəhreyn Qran-Prisinin qalibi olub

09.04.2018 18:24     Sport reaksiya     1136

“Ferrari”nin pilotu Sebastyan Fettel Formula 1 üzrə dünya çempionatının ikinci yarışı – Bəhreyn Qran-Prisinin qalibi olub. Reaksiya.az xəbər verir ki, ikinci yarışda pilotlar “Sahir” avtodromunda 5412 metrlik trasda 57 dövrə vurublar. Sebastian Fettel 1 saat 32 dəqiqə 01,940 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,699 saniyə geri qalan Valtteri Bottas (“Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 6,512 saniyə sonra finişə çatan Luis Hamilton (“Mercedes”, 15 xal) tamamlayıb. Pilotların yarış cədvəlinə 50 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 33 xalla ikinci, Valtteri Bottas 22 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar kubokunda isə “Ferrari” 65 xalla birinci, “Mersedes” 55 xalla ikinci, “McLaren” isə 22 xalla üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti – üçüncü yarışı olan Çin Qran-Prisi aprelin 13-15-də Şanxayda keçiriləcək. Dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda təşkil olunacaq.

Şərhlər