“Qarabağ”ın futbolçusu 400 min avro istəyir

04.06.2015 22:23     Sport reaksiya     906

Qarabağ”ın hollandiyalı futbolçusu Leroy Corc Türk klublarının diqqət mərkəzinə düşüb.

 

Apasport.az saytının məlumatına görə, artıq ağdamlılarla müqaviləsi başa çatmış oyunçu İzmirin “Göztəpə” klubunun hədəfindədi.

 

Türkiyə mətubatında yazılanlara inansaq İzmir klubu Corcu görüşmək üçün dəvət edib. Hələlik İzmirə getməyən futbolçu isə klubdan illik 400 min avro tələb edib.

 

Ancaq izmirlilərin bu məbləği ödəmək niyyətləri yoxdur, belə ki, “sarı-qırmızılı” klubun rəhbərliyi Leroy Corca 275 min avro təklif ediblər.

 

Tərəflər arasında danışıqlar hələ yekunlaşmayıb və tam qərar verilməyib.

 

“Qarabağ” tərəfi isə futbolçu ilə müqaviləni artırmaq üçün danışıqlar masasına oturmağa tələsmir. Yəqin ki, ağdamlılar Türkiyə variantının nəticələnməsini gözləyəcəklər.

Şərhlər