"İnter" mübarizəni dayandırdı
06.08.2015 23:35 Sport reaksiya 1860
Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan Bakının “İnter” klubu bu gün növbəti matçına çıxıb.
Reaksiya.az-ın Apasport.az-a istinadən məlumatına görə, paytaxt təmsilçisi İspaniyanın “Atletik” klubu ilə cavab matçında gücünü sınayıb.
Bilbaodakı ilk qarşılaşmada 0:2 hesabı ilə uduzan bakılılar La Liqanın daimi iştirakçısı ilə ev oyununda möcüzəni reallaşdırmalı idi. Mərhələ keçmək şansları yüksək olmayan “bankirlər” kifayət qədər tanınmış rəqibini ölkəmizdən məğlub yola salmağa çalışacaqdı.
Ancaq "İnter"in gücü sadəcə qolsuz bərabərliyə çatdı. "Bankir"lər mərhələyə adlaya bilməsələr də sonda "qapını bərk çırpmağı" bacardılar.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
"İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya) - 0:0
Baş hakim: Sərdar Gözübüyük
Bakı. "İnter Arena"
İlk oyun – 0:2
erit; line-height: 19.6000003814697px; vertical-align: baseline; color: rgb(0, 0, 0); letter-spacing: normal; orphans: auto; text-align: start; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 1; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px;">Baş hakim: Sərdar Gözübüyük
Bakı. "İnter Arena"
İlk oyun – 0:2
Şərhlər