Azərbaycan millisi Astanada Qazaxıstan ilə yoldaşlıq oyunu keçirəcək

17.04.2018 11:13     Sport reaksiya     1263

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Reaksiya.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astanada Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcəklər. U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Şərhlər