“Qəbələ” futbol üzrə Azərbaycan kubokunun finalına yüksəlib
18.04.2018 23:01 Sport reaksiya 1351
Aprelin 18-də futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ikinci cavab oyununda “Neftçi” və “Qəbələ” klubları üz-üzə gəliblər. Reaksiya.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçda hesabı meydan sahibləri açıblar. Soni Mustivar qarşılaşmanın 10-cu dəqiqəsində fərqlənib. Bu qoldan sonra təzyiqi artıran “Qəbələ” Baqali Dabonun 20-ci və 30-cu dəqiqələrdə vurduğu qolla hesabda önə çıxıb. İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra “Qəbələ” hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 61-ci dəqiqəsində Cavid Hüseynov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 3:1. Oyun bu hesabla da başa çatıb. Beləliklə, “Qəbələ” komandası ilk oyunda doğma meydanda “Neftçi” klubuna 1:2 hesabı ilə məğlub olsa da, iki qarşılaşmanın yekununa görə ümumi hesabda qalib gələrək (4:3) finala yüksəlib. Digər finalçı “Sumqayıt”ı mübarizədən kənarlaşdıran “Keşlə” komandası olub. Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək.
Şərhlər