Cavid Hüseynov Türkiyə mediasının diqqətində
07.08.2015 04:56 Sport reaksiya 2107
“Qəbələ”nin “Apollon”la görüşdə qələbə qolunu vuran Cavid Hüseynovun jesti Türkiyə mediasının gündəminə gəlib.
Reaksiya.az xəbər verir ki, C.Hüseynov matçın sonunda Türkiyə və Azərbaycan bayraqlarını başı üstə qaldıraraq, stadionda dolaşıb. Matç zamanı Türkiyə və Şimali Kipr Türk Respublikasına dəstək şüarları səsləndirilib. Bu hadisə qardaş ölkə mətbuatının da gözündən yayınmayıb.
Türkiyənin müxtəlif sayt və xəbər portallarında, həmçinin sosial şəbəkələrdə bu haqda məlumatlar yerləşdirilib. Hücumçunun Türkiyə bayrağını meydanda açmasını təqdir edib.
Xatırladaq ki, matçda vurulan yeganə qol "Qəbələ"yə tarixində ilk dəfə Avropa Liqasının “pley-off” mərhələsinə vəsiqə qazandırıb.
Şərhlər