Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək
22.05.2018 17:23 Sport reaksiya 1183
Mayın 28-də Stavanqerdə “Altibox Norveç Chess” superturniri keçiriləcək. İyunun 8-dək davam edəcək yarışda Azərbaycan Şəhriyar Məmmədyarovla təmsil olunacaq.
Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) mübarizə aparacaqlar.
Mayın 27-də isə şahmatçılar arasında blits turnir təşkil olunacaq. (APA)
Şərhlər