"İnter" 3 yeni transferini sifariş etmədi - SİYAHI

08.08.2015 09:52     Sport reaksiya     2118

"İnter" yeni mövsüm üçün sifariş ərizəsini təqdim edib.

"Reaksiya.az" xəbər verir ki,siyahıda 20 futbolçunun adı qeyd olunub. "İnter"in heyətində 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 1 hücumçu yer alıb.Ötən mövsümkü heyətdən 8 oyunçu heyətdə qalıb: Səlahət Ağayev, Elşən Poladov, Georgi Lomaya, Abbas Hüseynov, İvan Benitez, Fuad Bayramov, Mirsahib Abbasov və Nizami Hacıyev.

Yeni transferlərdən isə Tural Qürbətov, Novruz Məmmədov və Ruslan Əmircanovun adı hələ ki siyahıya salınmayıb.

Qapıçılar: 25 Ağayev Səlahət, 96 Poladov Elşən, 1 Lomaya Giorgi Gürcüstan qapıçı

Müdafiəçilər: 22 Qırtımov İlkin,  14 Xizanişvili Zurab, 5 Silva Kruz Denis, 30 Hüseynov Abbas, 3 Qarsiya Martinez Xuan Fransisko, 4 Kasradze Laşa, 44 Alexandro Benitez İvan,

Yarımmüdafiəçilər: 23 de Souza Martins Dieqo, 20 Fomenko Yuriy, 19 Seyidov Mirhüseyn, 15 Polyak Stepan, 10 Abdullayev Elnur, 7 Kvekveskiri Nika, 24 Bayramov Fuad, 17 Abbasov Mirsahib, 8 Hacıyev Nizami

Hücumçu: 11 Əliyev Rauf

 

 

Şərhlər

Çox oxunanlar