BMX üzrə dünya çempionatında “Challenge” yarışlarının qalibləri müəyyənləşib

06.06.2018 19:18     Sport reaksiya     1475

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci günündə - iyunun 6-da kiçik yaşlı yeniyetmə oğlanların “Challenge” yarışlarının qalibləri müəyyənləşib. Reaksiya.az xəbər verir ki, 5 və 6 yaşlı velosipedçilərin yarışında ABŞ idmançısı Keyn Şultheys birinci olub. Latviyalı Marks Svalkovskis çempionatı ikinci, Macarıstan təmsilçisi Naszados Saba üçüncü pillədə başa vurublar. Yeddi yaşlı oğlanların mübarizəsində də ABŞ idmançısı fərqlənib. Cozef Mather bütün rəqiblərini qabaqlamağı bacarıb. Rusiyalı Artyom Stolyarov və Avstraliya velosipedçisi Harley Bradşav ilk üçlüyü tamamlayıblar. Çempionatda 8 yaşlıların yarışında braziliyalı Lukas Kardoso Darriba birinci olub. Böyük Britaniya təmsilçiləri Ceyms Klitheroe və Harrison Şofild müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Doqquz yaşlı idmançıların mübarizəsində avstraliyalı Fraser Vauqan birinci, niderlandlı Deon Qurman ikinci, fransalı Lukas Çaudun üçüncü olublar. Mundialda 10 yaşlıların mübarizəsində ilk üçlükdə Avstraliya idmançıları – Tama Onekava, Bailey Mills və Kayn Baird yer alıblar. ABŞ təmsilçisi Kol Frederik 11 yaşlıların yarışında qalib gələrək çempion olub. Latviyalı Kristers Apels ikinci, Niderland velosipedçisi Maddoks Van Din üçüncü yeri tutublar. On iki yaşlı velosipedçilərin mübarizəsində ABŞ idmançısı Ronni Kim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Braziliya təmsilçiləri Lukas Moresko Zimmerman ikinci, Tales Lauffer Şuler isə üçüncü yeri tutub. İyunun 9-dək davam edəcək dünya çempionatına 43 ölkədən 1500-dək idmançı qatılıb.

Şərhlər

Çox oxunanlar